18 may 2012 01:25
Sadıq Sadıqov: Bakının Neftçi üzərindəki qələbəsi layiqli idi
“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Bakı” ilə Azərbaycan kubokunun final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları dilə gətirib:
“Bakı” bu gün daha yaxşı oynadı və bunun nəticəsi kimi qələbə qazandı. Layiqli qələbədi. “Neftçi” isə bu oyunda çox arxayın görünürdü. Komandamıza indi daha çox avrokuboklar haqda düşünmək lazımdı”.
