18 may 2012 01:53
Zeynal Məmmədov: Novruz Əzimov komandada qalacaq
“Bakı”nın baş meneceri Zeynal Məmmədov “Neftçi” ilə Azərbaycan kubokunun final matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları
“Özünüz də gördünüz ki, necə oynadıq. Mən inanıram ki, biz öz sözümüzü Avropada da deyə biləcəyik. Öz işlərinin çox olmasına baxmayaraq, klubun prezidenti Hafiz Məmmədov da bu oyunu izləməyə gəlmişdi. Oyundan öncə o, heç futbolçularla görüşə də bilmədi. Amma mən onun sözlərini komandamızın üzvlərinə çatdırmışdım. Şadam ki, qarşıya qoyulan hədəfə nail ola bildik”.
Məmmədov həmçinin Novruz Əzimovun taleyinə də toxunub: “Baş məşqçi məsələsini yaxın bir həftə ərzində həll edəcəyik. Əgər xarici baş məşqçi gətirilsə, Novruz Əzimov ikinci məşqçi kimi işini davam etdirəcək. Seçim yerli mütəxəssis olsa, elə Əzimov bu postda qalacaq. Yəni istənilən halda Əzimov “Bakı”da qalacaq”.
