18 may 2012 14:30
Koke: Neftçi yaxşı komanda olsa da, göstərdik ki, biz də güclüyük
“Bakı”nın forvardı Koke Azərbaycan kubokunun “Neftçi” ilə final oyunundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Biz bu oyuna çox məsuliyyətlə hazırlaşırdıq. Gördüyünüz kimi, bu da əbəs yerə deyildi. Bütün komanda sadəcə möhtəşəm oynadı. Çox şadam ki, qələbə qazana bildik. Ona görə də şadam ki, bu uğurda müəyyən payım oldu”.
“Biz bu oyuna çox məsuliyyətlə hazırlaşırdıq. Gördüyünüz kimi, bu da əbəs yerə deyildi. Bütün komanda sadəcə möhtəşəm oynadı. Çox şadam ki, qələbə qazana bildik. Ona görə də şadam ki, bu uğurda müəyyən payım oldu”.
Final matçında vurulan ilk qolun müəllifi olan ispaniyalı hücumçu rəqibin də yaxşı oynadığını deyir: “Rəqib heç də sıradan bir komanda deyildi. Azərbaycan çempionuna qarşı çıxış edirdik. Onlar yaxşı oynadılar. Amma biz müdafiədə diqqətli oynamaqla onlara qol vurmağa imkan vermədik. Göstərdik ki, biz də güclü komandayıq”.
Koke bu ilin əvvəlindən ölkəmizdə çıxış etməyə başlasa da, titul qazanacağına öncədən inandığını deyir: “Bəli, Azərbaycanda cəmi beş aydı çıxış edirəm. Xüsusilə əvvəllər heç də asan deyildi. Yadıma gəlir ki, heç də hər şey istədiyimiz kimi alınmırdı. Amma çempionatda istəyimizə nail ola bilməsək də, son matçlarda oyunumuzda müəyyən irəliləyiş var idi. Çox şadam ki, bunun də nəticəsi kimi kuboku qazana bildik. Ümidvaram ki, bunun davamını da görə biləcəyik”.
Koke bütövlükdə mövsümü belə dəyərləndirib: “Öncədən biz hər iki cəbhədə mübarizəmizi davam etdirirdik. Lakin Premyer Liqada heç nə alınmağını gördükdən sonra bütün diqqətimizi kuboka yönəltdik. Hər şeydən önəmlisi də odu ki, mövsümü major notlarla bitirə bildik”.
İspaniyalı futbolçu sonda arokuboklar barədə də danışıb: “Əlbəttə, pisdi ki, biz Avropa Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacağıq. Amma buna baxmayaraq, hər şeyin yaxşı olacağını düşünürəm. Kuboku qazanmaqla istirahətə yaxşı əhval-ruhiyyədə yollanırıq. İstirahətdən sonra isə Avroliqanın hazırlıqlarına başlayacağıq”.
