18 may 2012 14:46
Paytaxt klubu baş məşqçisiz qaldı
Futbol üzrə İtaliya çempionatında çıxış edən “Lazio” baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Edi Reya istefa verdiyini açıqlayıb.
Hələ mövsümün gedişində postundan getmək istəyən, lakin rəhbərliyin səyləri nəticəsində komandada qalan mütəxəssis mövsümlələrarası fasilədə bu istəyinə nail ola bilib. O, "Lazio macəram artıq buada sona çatdı. Prezident mənə çox dəstək verdi, fikrimi dəyişməyə çalışdı. Amma mən artıq qərarımı vermişəm” deyə bəyan edib.
Qeyd edək ki, “Lazio” mövsümü 62 xalla 4-cü sırada tamamlayıb. Komandanın boş qalan baş məşqçi postuna Canfranko Zola və “Bologna”nı çalışdıran Stefano Piolinin gələcəyinə dair söhbətlər dolaşır.
