18 may 2012 15:16
Yaponiya Azərbaycanla oyun üçün heyətini açıqladı
Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Yaponiya millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, mayın 23-də baş tutacaq qarşılaşma üçün baş məşqçi Alberto Zakkeroni 23 futbolçuya dəvət göndərib.
Onların arasında “Borussia”dan (Dortmund) Şinji Kaqava, “İnter”dən Yuto Naqatomo, Moskva ÇSKA-sından Keysuke Honda, “Bolton”dan Rio Miyaiçi, “Stuttgart”dan Şinji Okazaki, “Schalke”dən Atsuto Uçida, “Wolfsburg”dan Makoto Hasebe, “Novara”dan Takayuki Morimoto kimi məşhur futbolçular var.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu Şizuoka şəhərindəki “Ekopa” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 15:15-də başlanacaq.
Qapıçılar: Eyji Kavaşima (Lyers, Belçika), Şusaku Nişikava (Sanfrekke Xiroşima), Şuiçi Qonda (Tokio);
Müdafiəçilər: Yuiçi Komano (Jubilo İvata), Yuzo Kurihara (Yokohama Marinos), Yuhey Tokunaqa (Tokio), Masahiko İnoha (Vissel Kobe), Tomoaki Makino (Urava Reds), Hiroki Sakai (Kaşiva Reysol), Atsuto Uçida (Schalke, Almaniya), Yuto Naqatomo (İnter, İtaliya);
Yarımmüdafiəçilər: Hideto Takahaşi, Ariajasuru Haseqava (ikisi də “Tokio”), Kenqo Nakamura (Kavasaki Frontale), Makoto Hasebe (Wolfsburg, Almaniya), Hajime Hosoqay (Augsburg, Almaniya), Keysuke Honda (CSKA Moskva, Rusiya);
Hücumçular: Rioiçi Maeda (Jubilo İvata), Genki Haraquçi (Urava Reds), Şinji Okazaki (Stuttgart, Almaniya), Takayuki Morimoto (Novara, İtaliya), Şinji Kaqava (Borussia Dortmund, Almaniya), Rio Miyaiçi (Bolton, İngiltərə).
