18 may 2012 15:29
Panioniosdan Neftçiyə məktub gəldi (FOTO)
Ardıcıl ikinci mövsüm Premyer Liqanın qalibi olmuş “Neftçi”nin ünvanına növbəti təbrik məktubu Yunanıstanın “Panionios” klubundan gəlib. Azerisport.az xəbər verir ki, yunan klubu Bakı təmsilçisini təbrik edib.
“Panionios”un İdarə Heyətinin rəhbəri Vasilios Tsavalosun imzası ilə “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: “Hörmətli cənab Sadıqov, “Neftçi” PFK-nın, Azərbaycan premyer liqasının 2011-2012-ci il mövsümünün qalibi olması münasibətilə səmimi qəlbdən təbrik edirik”.
