18 may 2012 15:40
Araz Abdullayevi yenə icarəyə götürürlər
“Panionios” klubu Araz Abdullayevi yenidən icarəyə götürmək istəyir. Azerisport.az xəbər verir ki, yunan klubu bununla bağlı “Neftçi”yə məktub göndərib.
Klubun vitse-prezidenti Nikolaos Qklezakosun göndərdiyi məktubda Araz Abdullayevin çıxışından razılıq bildirilib. “Panionios” rəsmisi “Neftçi” ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını ifadə edib. Bunanla yanaşı Nikolaos Qklezakos tərəflərin iki həftə ərzində görüşərək əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.
