18 may 2012 16:04

Azarkeşləri liderliyini qorudu, Xəzər Lənkəran təşəkkür etdi

“Xəzər Lənkəran” azarkeşləri hər mövsüm olduğu kimi, 2011/2012 mövsümündə də ölkə üzrə ev oyunlarına gələn tamaşaçı sayına görə lider olaraq qalır. Azerisport.az xəbər verir ki, Bu mövsüm komanda ümumilikdə 19 ev oyunu keçirib – 16 oyun Premyer Liqa çərçivəsində, 2 oyun Azərbaycan Kubokunda və 1 qarşılaşma Avropa Liqasının təsnifat mərhələsində baş tutub.
 
Ümumilikdə rəsmi statistikaya əsasən komandanın ev oyunlarını 146200 nəfər azarkeş izləyib. Premyer Liqada ev oyunlarına gələnlərin sayı 123000 nəfər, Kubokda – 8200 nəfər, Avropa Liqasında isə 15000 nəfər təşkil edib.
 
Orta hesabla komandanın hər ev oyununu 7695 nəfər azarkeş izləyib. Ən çox azarkeş sayı isə Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Tel Əviv) klubuna qarşı keçirilmiş matçda qeydə alınıb – 15000.
 
O da nəzərə alınmalıdır ki, bu mövsüm “Xəzər Lənkəran” Premyer Liqa çərçivəsində iki ev oyununu tamaşaçısız keçirməli olub, Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ-Lökbatan”a qarşı oyun isə Suraxanı qəsəbəsində baş tutmuşdu.
 
Başa çatan mövsüm daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Premyer Liqanın 29-cu turunda “Neftçi”yə qarşı Lənkəranda keçirilmiş oyunda (1:0) “Xəzər Lənkəran” azarkeşlərinin Lənkəran şəhər mərkəzi stadionunda baş tutan görüşlərdə ümumi sayı 1 milyon göstəricisini aşmışdı.
 
Həmçinin mövsümün son üç ev oyunu “Xəzər Lənkəran” rəsmi saytı vasitəsilə Lənkərandan kənarda yaşayan azarkeşlərin diqqətinə çatdırılıb. Bu oyunlardan hər birini orta hesabla təxminən 1000 nəfər azarkeş izləmişdi ki, bu da ölkədə canlı internet yayımına eyni zamanda qoşulma baxımından ən yüksək göstəricidi.
 
“Xəzər Lənkəran” Futbol Klubu bütün azarkeşlərə mövsüm ərzində komandaya göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.