18 may 2012 17:25
İnter daha bir futbolçu ilə müqavilə bağladı
"İnter" Avropa Liqası öncəsi heyətini formalaşdırmağa davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu müqaviləsinin müddəti başa çatan daha bir futbolçusu ilə yeni anlaşma əldə edib.
Belə ki, milli komandamızın da üzvü olan Nizami Hacıyevlə imzalanmış müqavilənin müddəti daha birilliyinə uzadılıb.
Xatırladaq ki, müqavilə müddəti uzadılan futbolçular arasında Baçana Tsxadadze, İlia Kandelaki, Giorgi Lomaya və Samir Zərgərov da var.
