18 may 2012 18:20
Berti Foqts daha üç futbolçunu millidən kənarlaşdırdı
Azərbaycan milli komandasının mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısında növbəti dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, əsas heyət üzvü olaraq dəvət olunmuş qapıçılar toplanışda iştirak edəcəyi üçün ehtiyat qapıçı kimi çağırılmış Aqil Məmmədov baş məşqçi Berti Foqtsun göstərişi ilə hazırlıq prosesində iştirak etməyəcək. Bundan əlavə, Murad Ağayev və Bədavi Hüseynov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak edəcəyi üçün millinin heyətindən çıxarılıb.
