19 may 2012 14:44
Azərbaycan Bolqarıstana qalib gəldi (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunan “FA of Moldova Cup” turniri davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan U-17 yığmasının da qüvvəsini sınadığı turnirdə bu gün son oyunlar keçirilir.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə millimizin rəqibləri Rumıniya, Moldova və Bolqarıstandı. Komandamız ilk oyununu Rumıniyaya qarşı keçirmiş və məğlub olmuşdu – 2:3. Təbriz Həsənovun yetirmələri ikinci oyununda meydan sahibləri Moldova ilə qarşılaşmış və qolsuz heç-heçəyə razılaşmışdılar – 0:0.
Komandamız bu gün son oyununu Bolqarıstana qarşı keçirib. Qeyd edək ki, bolqarlar əvvəlki oyunlarının hər ikisində məğlub olmuşdular. Elə bu oyunda da yığmamız rəqibinə heç bir şans verməyib. Yığmamızın qollarını Fəhmin Muradbəyli, Elçin Cəfərov və Mahir Mədətov (penaltidən) vurub.
Bu oyunla eyni vaxtda yüz faizlik nəticə göstərən Rumıniya ilə Moldova turnirin qalibini müəyyənləşdirəcəklər.
FA of Moldova Cup
19 may
Bolqarıstan - Azərbaycan - 1:3 (0:1)
Oyun başladı
37-ci dəqiqədə yığmamız hesabı açır - 0:1
53-cü dəqiqədə bolqarlar hesaba tarazlıq gətirirlər - 1:1
80. Yığmamız görüşün sona çatmasına saniyələr qalmış yenidən hesabda önə keçir - 1:1
80+2. Komandamız əlavə vaxtda penalti vurmaq hüququ qazanır və bu şansdan da maksimum yararlanırıq - 1:3
Matç başa çatdı
