18 may 2012 20:08
Azərbaycanda yeni yığma komanda yaradılır
Yaxın zamanlarda Azərbaycanda veteran futbolçulardan ibarət yığma komanda yaradılacaq. Bu barədə azerisport.az saytına müsahibəsində yenicə Futbol Veteranları İttifaqının prezidenti seçilmiş Oqtay Abdullayev məlumat verib:
“Biz bu barədə çox düşündük və sonda qərara aldıq ki, belə bir komanda yaradıb Rusiyanın veteranları arasında təşkil olunan turnirdə iştirak edək. Bizim yaxşı futboçularımı var. Sadəcə, onları bir klubda toplamaq çətindi. Ona görə də qərara aldıq ki, yığma komanda yaradaq. Hələlik danışıqlar aparırıq”.

Abdullayev həmçinin bildirib ki, DÇ-2014-ün seçmə mərhələsinin Rusiya və Azərbaycan yığmaları arasındakı oyunları ərəfəsində veteranların da yoxlama görüşünü təşkil etməyi planlaşdırırlar. İlk oyun əsas millimizin seçmə mərhələdəki təqviminə uyğun olaraq Moskvada, cavab görüşü Bakıda keçirilməlidi.