20 may 2012 02:29
Avropanın ən güclüsü - Chelsea! (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün son oyununda Almaniyanın “Bayern” və İngiltərənin “Chelsea” klubları üz-üzə gəliblər.
Qeyd edək ki, qarşılaşma Bayernin təmsil etdiyi doğma Münhen şəhərindəki “Münhen Arena”da keçirilirdi. Yeri gəlmişkən qeyd edək ki, Almaniyanın paytaxtı dördüncü dəfə bu şərəfə nail olurdu. Bu üzdən də Almaniya təmsilçisi özünü evindəki kimi hiss edirdi. Bu, İngiltərə klubu ilə müqayisədə “Bayern”in ən böyük üstünlüyü idi. Lakin onların bu üstünlüyündən yararlana bilmədilər.
Qeyd edək ki, “Bayern” və “Chelsea” ÇL-in tarixində 3-cü dəfə qarşı-qarşıya gəlirdi. Daha öncə 2005-ci ildə 1/4 finalda qarşılaşmış tərəflərin mübarizəsində İngiltərə klubu mərhələ adlamağı bacarmışdı. İlk maçı 4:2 qazanan “Chelsea” Münhendəki qarşılaşmada da rəqibini 3:2 hesabıyla məğlub etmişdi.
Bu dəfə isə bir oyunluq mübarizədə hər şey penaltilərə qədər uzandı. Uzun müddət qapılara qol vurulmadığı görüşdə hesabı 83-cü dəqiqədə Müller açdı. Lakin cəmi bir neçə dəqiqə sonra Droqba hesabı bərabərləşdirməklə komandasına həyat verdi. Əsas vaxtı heç-heçə bitən görüşə əlavə olunan yarım saat ərzində də hesabda önə keçən olmadı. Bu üzdən də Avropanın ən güclüsünü penalti zərbələriylə müəyyənləşdirməyə ehtiyac duyuldu. Bu zərbələri daha dəqiq yerinə yetirən "Chelsea" baş mükafata sahib çıxdı.
Çempionlar Liqası
Final
19 may
Bayern - Chelsea - 1:1 (penaltilərlə - 3:4)
Qollar: Müller, 83 - Droqba, 89.
94-cü dəqiqədə Robben (Bayern) penaltidən yararlana bilməyib
Penaltilər:
Lam - 1:0
Mata - 1:0 (qapıçı)
Qomes - 2:0
David Luis - 2:1
Noyer - 3:1
Lampard - 3:2
Oliç - 3:2 (qapıçı)
Eşli Koul - 3:3
Şvaynştayger - 3:3 (dirək)
Droqba - 3:4
