20 may 2012 02:29

Avropanın ən güclüsü - Chelsea! (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün son oyununda Almaniyanın “Bayern” və İngiltərənin “Chelsea” klubları üz-üzə gəliblər.

Qeyd edək ki, qarşılaşma Bayernin təmsil etdiyi doğma Münhen şəhərindəki “Münhen Arena”da keçirilirdi. Yeri gəlmişkən qeyd edək ki, Almaniyanın paytaxtı dördüncü dəfə bu şərəfə nail olurdu. Bu üzdən də Almaniya təmsilçisi özünü evindəki kimi hiss edirdi. Bu, İngiltərə klubu ilə müqayisədə “Bayern”in ən böyük üstünlüyü idi. Lakin onların bu üstünlüyündən yararlana bilmədilər.
 
Qeyd edək ki, “Bayern” və “Chelsea” ÇL-in tarixində 3-cü dəfə qarşı-qarşıya gəlirdi. Daha öncə 2005-ci ildə 1/4 finalda qarşılaşmış tərəflərin mübarizəsində İngiltərə klubu mərhələ adlamağı bacarmışdı. İlk maçı 4:2 qazanan “Chelsea” Münhendəki qarşılaşmada da rəqibini 3:2 hesabıyla məğlub etmişdi.
 
Bu dəfə isə bir oyunluq mübarizədə hər şey penaltilərə qədər uzandı. Uzun müddət qapılara qol vurulmadığı görüşdə hesabı 83-cü dəqiqədə Müller açdı. Lakin cəmi bir neçə dəqiqə sonra Droqba hesabı bərabərləşdirməklə komandasına həyat verdi. Əsas vaxtı heç-heçə bitən görüşə əlavə olunan yarım saat ərzində də hesabda önə keçən olmadı. Bu üzdən də Avropanın ən güclüsünü penalti zərbələriylə müəyyənləşdirməyə ehtiyac duyuldu. Bu zərbələri daha dəqiq yerinə yetirən "Chelsea" baş mükafata sahib çıxdı.

Çempionlar Liqası
Final
19 may
 
Bayern - Chelsea - 1:1 (penaltilərlə - 3:4)
Qollar: Müller, 83 - Droqba, 89.
94-cü dəqiqədə Robben (Bayern) penaltidən yararlana bilməyib
 
Penaltilər:
Lam - 1:0
Mata - 1:0 (qapıçı)
Qomes - 2:0
David Luis - 2:1
Noyer - 3:1
Lampard - 3:2
Oliç - 3:2 (qapıçı)
Eşli Koul - 3:3
Şvaynştayger - 3:3 (dirək)
Droqba - 3:4

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.