18 may 2012 11:46
“Azərbaycan yığması əzmkar mübarizə apardı”
“FA of Moldova Cup” turnirində 17 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşü belə şərh edib:
“Çətin oyun oldu. Hər iki komanda sona qədər əzmkarlıqla mübarizə apardı. Yaratdığımız təhlükəli epizodlarda fərqlənməyimizə rəqib imkan vermədi. Turnirin son oyununda – Bolqarıstan yığması ilə qarşılaşmada qələbə qazanmağa çalışacağıq”.
