20 may 2012 00:05
“Buna görə o qədər də baxımlı oyun nümayiş etdirə bilmədik”
“FA of Moldova Cup” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Bolqarıstan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 3:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Turnirin son oyunu olduğu üçün futbolçularda yorğunluq hiss olunurdu. Buna görə o qədər də baxımlı oyun nümayiş etdirə bilmədik. Bununla belə, qələbə qazana bildik. Düşünürəm ki, vaciblik dərəcəsindən asılı olmayaraq, bütün oyunlarda qələbə qazanmaq faydalıdı. Çünki hər qələbə futbolçularda əlavə ruh yüksəkliyi yaradır və özünəinam hissini gücləndirir”. (AFFA)
