20 may 2012 02:42
İnterin ən məhsuldar oyunçusu məlum oldu
Başa çatmış Premyer Liqada “İnter”in ən məhsuldar futbolçuları müəyyənləşib. Azerisport.az xəbər verir ki, “İnter”in bombardiri 29 qarşılaşmada 7 qol vurmuş gürcüstanlı hücumçu Baçana Tsxadadze olub.
Baçana 6 qoldan yalnız birini, “Simurq”la oyun zamanı penalti zərbəsindən vurub. Daha maraqlı bir xüsusiyyət də Tsxadadzenin qol vurduğu oyunları “İnter”in qələbə ilə yekunlaşdırmasıdı. Belə ki, forvard “Neftçi”ilə (2 dəfə), “Xəzər Lənkəran”la, “Simurq”la, “Sumqayıt”la, həmçinin “Bakı”ilə oyunlarda fərqlənib və bütün bu qarşılaşmalarda “İnter” 3 xal toplayıb. Baçananın “Qarabağ”la oyunun son matçında vurduğu daha bir qolu da komandanı məğlubiyyətdən xilas edib.
Bundan sonra aktivində 5 qol olan Nizami Hacıyev gəlir. O, “Xəzər Lənkəran”ın, “Qəbələ”nin (2 dəfə), “Turan”ın və “Kəpəz”in qapıçılarını məyus edib. Mövsümdə 3 dəfə İbrahima Niasse də fərqlənib. Vladimir Levin, İlia Kandelaki, Elnur Abdulov və Samir Zərgərov hərəyə 2 qol vurublar.
