20 may 2012 02:56
Tovuzda hakimi döyən adama 4 il iş verdilər
Premyer Liqanın XXV turu çərçivəsində keçirilmiş “Turan” – “Qarabağ” oyununun hakimləri Rauf Cabbarov və Coşqun Həsənovu döyən yerli fanat Habil Aslanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Azerisport.az xəbər verir ki, Habil Aslanovun qohumları hakimlərə barışıq üçün müraciət etsələr də, ikincilər razılaşmayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (“xuliqanlıq”) ittiham olunan Aslanov adıgedən oyundan sonra hakimlərin paltardəyişmə otağına girərək onlara fiziki xəsarət yetirmişdi. (lent.az)
