20 may 2012 12:02

Bakıya yeni baş məşqçi təyin olunarsa...

“Bakı” klubunun rəhbərliyi komandaya yeni baş məşqçi təyin edərsə, bu, komandanın uğurunun meydandankənar amillərlə bağlı olduğuna dair şübhələr yaradacaq və yenicə bərpa olunmağa başlayan kollektivdaxili müsbət ab-havaya təsirsiz ötüşməyəcək”. Azerisport.az xəbər verir ki, bu fikirlər İdman Araşdırmalar Mərkəzinin yaydığı bəyanatda əksini tapıb.
 
Sənəddə bildirilir ki, mayın 17-də keçirilmiş futbol üzrə Azərbaycan Kubokunun final matçında “Bakı” komandası “Neftçi” üzərində layiqli qələbə qazanıb. Sözsüz ki, 2:0 hesablı qələbədə klubun hər bir üzvü ilə yanaşı, baş məşqçi səlahiyyətlərini icra edən Novruz Əzimovun böyük xidmətləri var. Məhz N.Əzimovun təyinatından sonra komandanın sərgilədiyi oyunda dönüş baş verib, bir sıra vacib qələbələr əldə olunub.
 
Lakin nədənsə, klub rəhbərliyi baş məşqçi postunu yenidən əcnəbiyə həvalə etmək niyyətindədir. “Bakı” rəsmilərinin açıqlamaları və son zamanlar yayılan xəbərlərə əsasən, komandanın sükanı arxasına yeni baş məşqçinin gətiriləcəyini güman etmək olar. Bu isə baş məşqçi karyerasında ilk titulunu əldə edən N.Əzimovun əməyinə biganə münasibətin əyani göstəricisi sayıla bilər.
 
Qeyd edək ki, eyni hal 2010-cu ildə də baş vermişdi. O vaxtkı baş məşqçi əvəzi Cüneyt Biçər qısa müddətdə komandaya ölkə kubokunu qazandırsa da, Vinfrid Şaferlə əvəzlənmişdi. Amma nə almaniyalı mütəxəssis, nə də onun yerinə təyin olunan Aleksandr Starkov “Bakı”nı üzləşdiyi uğursuzluq zolağından çıxara bilmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.