20 may 2012 11:24
Premyer Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu
Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümünün son iştirakçısının kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, son vəsiqənin taleyini həll edən oyunda “Blackpool” ilə “West Ham” qarşılaşıb.
Rəqibindən daha güclü olan çıxan “West Ham” 2:1 hesablı qələbə sayəsində Premyer Liqaya son vəsiqəyə yiyələnib. “Blackpool” isə bu arzusunu daha bir illiyə təxirə salıb.
Qeyd edək ki, bu mövsüm Çempionşipdən daha öncə “Reading” və “Southampton” elitaya vəsiqə qazanmışdı. “Reading” mövsümün çempionu olduğu halda, “Southampton” ikinci pilləni tutub. “West Ham” isə son anda onların sırasına qoşulmağı bacardı.
