19 may 2012 12:41
Neftçinin daha bir potensial rəqibi məlum oldu
Futbol üzrə Azərbaycan çempionatının ən güclü komandası adını qazanan “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqiblərindən daha birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Moldova çempionatının qalibi adını qazanan “Şerif”di.
Tiraspol təmsilçisi sona bir tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub və növbəti dəfə Moldova çempionatının ən güclüsü adını qazanıb. Maraq üçün qeyd edək ki, bu, “Şerif”in sayca 11-ci çempionluğu olub.
Beləliklə, bu komanda da Azərbaycan çempionunun ÇL-dəki potensial rəqibləri siyahısına daxil olub. Hazırda “Neftçi”nin məlum olmayan sadəcə iki potensial rəqibi qalıb. Bunlar Bolqarıstan və Slovakiya çempionlarıdı. Qalan bütün potensial rəqiblərin adları bəllidi:
Basel (İsveçrə), İroni Kiryat Shmona (İsrail), Slovan (Çexiya), Red Bull Salzburg (Avstriya), AEL Limassol (Kipr), Dinamo (Zaqreb, Xorvatiya), BATE (Belarus), Slask (Polşa), Molde (Norveç), Partizan (Serbiya), Helsingborg (İsveç), Şerif (Moldova), Zeljeznicar (Bosniya və Herseqovina), HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya).
