19 may 2012 00:38

Novruz Əzimov: Neftçi Bakının sayəsində çempion oldu

“Bakı”nın baş məşqçisi Novruz Əzimov Azərbaycan kubokunun “Neftçi” ilə final oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qələbə münasibətilə təbrik edirik. Final haqda nə deyərdiz?
- Çətin oyun oldu, bu da başadüşüləndi. Komandada zədəli oyunçular var idi, bəziləri meydana elə çıxmışdı. “Neftçi” layiqli rəqibdi. Buna görə də qələbə bizim üçün ikiqat sevinclidi. Amma hesab edirəm ki, “Qarabağ”la yarımfinal oyunları daha çətin olmuşdu, nəinki “Neftçi”ylə qarşılaşma.
 
- Komanda bu oyun üçün bütün planları olduğu kimi həyata keçirdi?
- Bəli, uşaqlar “Neftçi”nin hücumlarını elə meydanın mərkəzindəcə qarşılamağı, daha təhlükəli hücumlar qurmasına mane olmağı bacardılar. Fikrimcə, bacardığımızı 90 faiz həyata keçirə bildik. Bu üzdən kuboku qazanmaqla həm də mövsümü xilas etmiş olduq.
 
- Klub prezidenti Hafiz Məmmədovla görüşə bildiz?
- Öz işlərinə baxmayaraq, o, finala gələ bildi və bu, komandanı ikiqat ruhlandırdı. Prezident də gözəl oyunumuzu qeyd etdi.
 
- Oyunçular bu uğura görə mükafatlarını aldılar?
- Bu məsələni müzakirə etmək istəməzdim. Biz finalı pul xatirinə oynamırdıq. Bizdə tam fərqli motivasiya var idi?

 
- Məsələn?
- Bizim futbolçular da mətbuatı oxuyurdular və görürdülər ki, “Neftçi”nin oyunçuları haqqımızda nələr danışırlar. Guya “Bakı” avrokuboklara onların çempionluğu sayəsində vəsiqə qazanmışdı. Amma bu qələbə sayəsində Avroliqaya layiq olduğunu isbatladı. Əgər bütövlükdə mövsümün yekunlarından danışsaq, onu da qeyd etmək lazımdı ki, “Neftçi” məhz “Bakı”nın sayəsində çempion oldu. Çünki məhz biz “Xəzər Lənkəran”ı iki dəfə məğlub etməyi bacardıq.
 
- “Bakı”nın finala çıxardığı heyətdə gənc oyunçuların yer alması zərurətdən idi?
- Onlar bizim akademiyanın yetirmələridi və şadam ki, məni üzmədilər. Elşad Manafov da, Nurlan Novruzov da möhtəşəm oynadılar. Eitraf edim ki, bir tərəfdən onlara şans vermək istəyirdim, digər tərəfdən də başqa variantımız yox idi. Novruz Məmmədovla Aleksey Savinov formada olmadığından Manafovu cinaha qoymuşdum. O, öz oyunu ilə göstərdi ki, böyük gələcəyi var.
 
- Bəs Aqil Məmmədov? Artıq onun komandada əsas qapıçıya çevrildiyini demək olar?
- Mənim üçün əsas, ehtiyat oyunçu anlayışı yoxdu. Hazır, yaxşı olan oynamalıdı. Həm Aqil, həm də Marko Şarliya işinin ustasıdı. Şarliyanı qiymətləndirməmək olmaz. O, komandaya az kömək etməyib.
 
- “Bakı”nın baş məşqçi postuna müxtəlif variantların səsləndirilməsi sizi narahat etmir ki?
- Xeyr. Mən öz işimi görməliyəm, nə yazıldığına baxmamalıyam. Hamı gördü ki, “Bakı” bu heyətlə çox şeyə malikdi. Əgər komanda mənə etibar olunsa, bunla çox böyük uğurlar qazanmaq olar.
 
- Sizi yenidən məşqçi kimi saxlamaq istəsələr, qalacaqsız?
- Hələlik sizin sualınıza cavab verə bilmərəm. Bu günlərdə rəhbərliklə görüşümüz olacaq. Hər şeyə ondan sonra aydınlıq gələcək.
 
- Avokuboklara çox az vaxt qalıb...
- Əgər mən baş məşqçi postunda qalsam, xahiş edəcəm ki, üç oyunçu alınsın. Bizim onsuz da əla heyətimiz var. Sadəcə, hər oyunçuya xüsusi yanaşma lazımdı. Məsələn, mən çox istərdim ki, Əfran İsmayılovu komandamda görüm. “Bakı”nın Avroliqada neçə mərhələ keçəcəyini deyə bilmərəm. Amma uğurlu püşk sayəsində iki mərhələ keçməyi bacararıq.
 
- Sizə elə gəlmir ki, bəzi futbolçular ümidləri doğrultmadı? Məsələn, Verpakovski...
- Maris “Bakı”ya Denis İvanovla birgə gəlmişdi. Denis özünü yaxşı tərəfdən göstərməyi bacardı, sabit oynadı, əsas heyətin üzvlərindən biridi. Marisə isə zədə çox mane oldu. Onun bizə daha çox köməyi dəyə bilərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.