20 may 2012 13:53

When the Sunday comes Azərbaycan kubokunun finalından yazdı

Azərbaycan kubokunun final oyununda iştirak etmiş "When the Sunday comes" həftəlik jurnalının müxbiri Rob Delaney təəssüratları ilə bölüşüb. Azerisport.az xəbər verir ki, o, məqaləsində aşağıdakı məqamlara toxunub:
 
"Azərbaycan kubokunun final oyununda iştirak etmək hər gün qismət olmur. Taksidə Bakının ətrafında yerləşən Mərdəkan qəsəbəsinə - “Dalğa Arena” stadionuna yollandıq. Balaca və gözəl stadionunun açılışında ötən il Zepp Baltter və Mişel Platini də iştirak edirdi.
 
Bütün axşam boyu bizə bələdçilik edən yerli jurnalist - Həbib, kubokun final oyununun adətən Tofiq Bəhramov adına stadionunda – 20000-dən çox azarkeş tutumu olan və 1966-cı ildə keçirilən Dünya çempionatının final oyununda İngiltərənin qolunu hesaba alan məşhur yan xətt hakiminin adını daşıyan möhtəşəm arenada keçirildiyini bildirdi. Lakin bu il elə alındı ki, iki Bakı klubunun azarkeşləri sevimli komandalarını dəstəkləmək üçün paytaxtdan 25 km uzağa getməli oldular. Nəticədə finalı cəmi 4000 azarkeş izləsə də, bu oyunun atmosferinə heç cür təsir etmədi.
 
Final oyunundan öncə isə istənilən Avroviziya yarışması ilə rəqabət apara biləcək açılış mərasimi keçirildi. Ölkənin aparıcı müğənniləri sevilən mahnılarını ifa etdilər, milli geyimli rəqqaslar və ölkə bayrağı ilə qeyri-adi çıxış göz oxşayırdı. Oyun “Bakı”nın 2-0 hesablı gözlənilməz qələbəsi ilə başa çatdı. Kubokun final oyunundan sonra azarkeşlər üçün avtomobil uduşa da keçirildi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.