20 may 2012 12:31
Bakı Avroliqaya Avstriyada hazırlaşacaq
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Bakı”nın bu turnirə, eləcə də növbəti mövsümə hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq istirahətə buraxılan komanda hazırlıqlarını iyunun 5-də bərpa edəcək.
İyunun 11-də komanda Qəbələyə yollanacaq. Əsas təlim-məşq toplanışı isə iyunun 18-dən başlayacaq. Çünki komanda həmin gündən Avstriyada təlim-məşq toplanışına start verəcək. “Zolaqlılar” Avroliqanın startına qədər burda hazırlıq keçəcəklər.
