21 may 2012 00:53
Torino yenidən Seriya A-ya qayıtdı
İtaliyanın köklü klublarından olan “Torino” yenidən A Seriyasına vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, 2008-2009 mövsümündə A Seriyasını B Seriyasına dəyişən Turin təmsilçisi qısa fasilədən sonra elitaya dönməyi bacarıb.
Komanda buna ötən gün “Modena” üzərindəki qələbə sayəsində nail olub. Belə ki, “Torino” B Seriyasında mövsümün bitməsinə 1 tur qalmış bu rəqibini 2:1 hesabıyla məğlub edərək zirvədə qalıb. Bu isə hətta son turda uduzacağı halda belə “Torino”nun ən azı ikinci yerlə A Seriyasına çıxacağı anlamına gəlir. Son turda da qələbə qazanacağı halda isə bu komanda elitaya çempion kimi yüksələcək.
“Torino” ilə yanaşı sona bir tur qalmış “Pescara” da elitaya yüksəlməyi bacarıb. Bu komanda isə “Sampdoria” üzərində 3:1 hesablı qələbə sayəsində ən azı ikinciliyi təmin etmiş olub.
Üçüncü vəsiqənin taleyinə isə mayın 26-da aydınlıq gələcək. Son vəsiqə ya “Sassuolo”ya, ya da “Verona”ya nəsib olacaq. Hazırda hər ikisi 77 xala malik olan bu komandalar 3-4-cü pillələri bölüşürlər. “Sassuolo” həmin gün “Juve Stabia”nın, “Verona” isə “Modena”nın qonağı olacaq.
Maraq üçün onu da qeyd edək ki, başa çatan mövsümdə A Seriyasını “Lecce”, “Novara” və “Cesena” tərk edib.
