21 may 2012 01:39
Vüqar Nadirov: Yaponiyaya qarşı yaxşı oyun nümayiş etdirmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Yaponiya ilə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaponiyaya qarşı yaxşı oyun nümayiş etdirmək istəyirik. Onların çox güclü komandası var. Heyətlərində xeyli təcrübəli legionerləri var. Amma biz onlardan ehtiyatlanmırıq”.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu mayın 23-də Şizuoka şəhərində oyunu keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
