21 may 2012 13:56
Aleksandr Şoliç Neftçi və Xəzər Lənkərandan imtina etdi
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Azərbaycanın digər iki klubunun təklifindən imtina edib. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını “Neftçi” və “Xəzər Lənkəran”da davam etdirə bilərmiş.
Lakin xorvatiyalı oyunçu “Bakı”da qalmağa üstünlük verib. Bu üzdən də o, həm ölkə çempionunun, həm də Lənkəran klubunun təklifindən imtina edib.
Qeyd edək ki, Şoliçin “Bakı” ilə müqaviləsinin müddəti də başa çatmaq üzrədi. Lakin o, iyunda “zolaqlılar”la yeni müqavilə imzalayacaq.
