21 may 2012 01:58
Napoli Juventusun qızıl dubl arzusunu gözündə qoydu
Futbol üzrə İtaliya kubokunun yeni qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün həlledici oyununda “Juventus”la “Napoli” qarşılaşıb.
A Seriyasında bütün rəqibləri üçün əlçatmaz olan və mövsümü məğlubiyyətsiz bitirən “Juventus” bu uğurlu seriyasını finalda da davam etdirmək və “qızıl dubl” etmək arzusunda idi. “Napoli” isə çempionatı 5-ci pillədə başa vurduğundan mövsümü titulla bitirmək üçün kubokun finalında mütləq qalib gəlmək istəyirdi.
Görüşün ilk yarısı qolsuz başa çatsa da, fasilədən sonra Neapol klubu istəyinə çata bilib. Kavani və Hamşikin vurduğu qollar “Napoli”yə İtaliya kubokunu qazandırıb.
Qeyd edək ki, bu, “Napoli”nin dördüncü kubokudu. Sözügedən komanda 1961–62, 1975–76 və 1986–87 mövsümlərində də kubokun ən güclüsü adını qazanmışdı.
İtaliya kuboku
Final
20 may
Juventus – Napoli – 0:2
Qollar: Kavani, 63-pen, Hamşik, 83.
