21 may 2012 14:17
Bakı Turana 6 cavabsız qol vurub, çempion oldu (FOTOLAR)
AFFA-nın U-16 Liqasının 2011-2012-ci il mövsümü başa çatıb. Azerisport.az xəbər verir ki, sonuncu – XXX tur çərçivəsində qeydə alınmış nəticələr belə olub.
«Rəvan» – «İnter» 1:4
«Neftçi» – «Qəbələ» 4:1
«Vətən» – «Qarabağ» 1:1
AZAL – «Gənclik» 8:0
«Bakı» – «Turan» 6:0
Beləliklə, mövsüm ərzində 73 xal toplayan «Bakı» bütün rəqiblərini geridə qoyaraq U-16 Liqasının 2011-2012-ci il mövsümünün qalibi adını qazanıb. Aktivində 57 xal olan «Qəbələ» ikinci, «Neftçi» isə 52 xalla üçüncü yeri tutub.
«Bakı»nın futbolçusu Yusub Xakimov U-16 Liqasının cari mövsümünün ən yaxşı oyunçusu seçilib.
Liqanın bombardiri isə «Bakı»nın digər üzvü – rəqib qapılarından 41 qol keçirmiş Valeh Seyidov olub.
Liqanın son turunda keçirilmiş «Neftçi» - «Qəbələ» və «Bakı» - «Turan» oyunlarından sonra ilk üç pillənin sahiblərinə mükafatlar təqdim olunub.
