21 may 2012 14:40
Alim Qurbanov Xəzər Lənkərana baş məşqçi təyin olunur
“Xəzər Lənkəran”ın təcrübəli yarımmüdafiəçisi Alim Qurbanov futbolçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qorumuş futbolçu bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olacaq.
O, məşqçilik karyerasına da elə cənub təmsilçisində başlayacaq. Belə ki, klub rəhbərliyi ona əvəzedici komandanın baş məşqçisi postunu təklif edib. Yaxın günlərdə Alim Qurbanovla 1 illik müqavilənin imzalanması gözlənilir.
