21 may 2012 02:35

Fransa çempionatı: Monpelye nəhayət ki, çempion oldu!

Fransa çempionatında 2011-2012 mövsümünün sonuncu - 38-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun bütün qarşılaşmaları eyni gündə baş tutub.
 
Lider “Montpellier” son turda səfərdə “Auxerre” ilə qarşılaşıb. Bu görüşdə qonaqları hətta 1 xal da qane edirdi ki, tarixinin ilk çempionluğunu bayram etsin. Amma görüşdə hesabı meydan sahibləri açıblar. Monpelye klubu ilk yarıda bu qolun əvəzini çıxmağı bacarıb. Qarşılaşmanın ikinci yarısı isə əsl dramatik xarakter alıb. Öncə ikinci hissə başlayan kimi oserli fanatlar meydana tualet kağızları və tennis topları ataraq qonaqların cərimə meydançasını zəbt ediblər. Bu üzdən görüşün baş hakimi futbolçuları meydandan çıxarıb. Referi yalnız meydan təmizləndikdən sonra – təxminən 10 dəqiqəlik fasilədən sonra görüşü davam etdirib. Amma az sonra oserlilər yenə görüşün dayanmasına səbəb olublar. Onlar bu dəfə meydana yandırıcı maddələr atmaqla futbolçuları meydanı tərk etməyə məcbur ediblər. Meydanı tamamilə tüstü bürüdüyündən hakimlər görüşü yalnız yarım saatlıq fasildən sonra davam etdirə biliblər. Nəhayət başıbəlalı matçın son dəqiqələrində daha bir qol vuran “Montpellier” bu üstünlüyünü sona qədər qoruyaraq çempionluğununu rəsmiləşdirməyi bacarıb.
 
Əks halda bu çempionluq monpelyelilərin əsas izləyicisi PSG-yə qismət olacaqdı. Çünki qalmaqallı matç 1:1 olarkən dayandığı vaxtda PSG artıq “Lorient” üzərində qələbə qazanıb, Oserdən gələcək xoş xəbəri gözləyirdi. Amma “Montpellier”nin oyun bərpa olunandan sonra vurduğu çempionluq qolu parislilərin qızıl medal arzularını gözlərində qoyub. Beləcə, PSG gümüş medallarla kifayətlənməli olub. Ötən mövsümün çempionu “Lille” isə bu mövsüm bürünc medallarla kifayətlənməli olub.
 
“Caen”, “Dijon” və “Auxerre” isə mövsümün yekunlarına görə elita ilə vidalaşıblar.
 
Fransa, Liqa 1
37-ci tur
13 may
 
Auxerre – Montpellier – 1:2
Qollar: Kapo, 20 – Utaka, 32; 76.
 
Evian – Brest – 0:1
Qol: Jema, 50.
 
Lille – Nancy – 4:1
Qollar: Hazard, 10; 27; 35-pen, Melo, 23 – Lemaitre, 12.
 
Lorient – PSG – 1:2
Qollar: Monnet, 28 – Pastore, 61, T.Motta, 75.
 
Olympique (Lion) – Nice – 3:4
Qollar: L.Lopes, 20, Briand, 26; 69 – Monzon, 31, Kulibali, 36, Lyoris, 52-öz qapısına, Qonçalves, 73.
 
Rennes – Dijon – 5:0
Qollar: Montano, 9, Ekoko, 47; 58, Pitroipa, 51, Haci, 82.
 
Saint-Etienne – Bordeaux – 2:3
Qollar: Quylavoquy, 19, Obameyanq, 49 – Diabate, 23; 29, Quffran, 68.
 
Sochaux – Olympique (Marsel) – 1:0
Qol: Budebuz, 55.
 
Toulouse – Ajaccio – 0:2
Qollar: Kavalli, 20; 31.
 
Valenciennes – Caen – 3:1
Qollar: Abubakar, 37, Daniç, 68-pen, Kohade, 87 – Nivet, 77.
 
1
Montpellier
38
25
7
6
68 - 34
34
82
2
Paris Saint Germain
38
23
10
5
75 - 41
34
79
3
Lille
38
21
11
6
72 - 39
33
74
4
Lyon
38
19
7
12
64 - 51
13
64
5
Bordeaux
38
16
13
9
53 - 41
12
61
6
Rennes
38
17
9
12
53 - 44
9
60
7
Saint Etienne
38
16
9
13
49 - 45
4
57
8
Toulouse
38
15
11
12
37 - 34
3
56
9
Evian
38
13
11
14
54 - 55
-1
50
10
Marseille
38
12
12
14
45 - 41
4
48
11
Nancy
38
11
12
15
38 - 48
-10
45
12
Valenciennes
38
12
7
19
40 - 50
-10
43
13
Nice
38
10
12
16
39 - 46
-7
42
14
Sochaux
38
11
9
18
40 - 60
-20
42
15
Brest
38
8
17
13
31 - 38
-7
41
16
Ajaccio
38
9
14
15
40 - 61
-21
41
17
Lorient
38
9
12
17
35 - 49
-14
39
18
Caen
38
9
11
18
39 - 59
-20
38
19
Dijon
38
9
9
20
38 - 63
-25
36
20
Auxerre
38
7
13
17
45 - 55
-10
34

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.