21 may 2012 14:54
Aziz Yıldırım yenə prezident seçildi
Türkiyənin “Fenerbahçe” klubunda növbəti prezident seçkiləri keçirilib. Azerisport.az xəbər verir ki, oyun alqı-satqısında iştiraka görə həbs olunan Aziz Yıldırım növbəti dəfə klub prezidenti seçilib.
O, dünən baş tutan qurultayda tək namizəd olub. Aziz Yıldırım 5271 səsdən 5269-unu toplaya bilib.
Qeyd edək ki, Aziz Yıldırım artıq 13 ildi ki, “Fenerbahçe”yə başçılıq edir. Onun həbsdən nə vaxt çıxacağı isə hələlik bilinmir.
