21 may 2012 15:11
Türkiyə Futbol Federasiyasının binası güllə atəşinə tutuldu
Türkiyə Futbol Federasiyasının binası hücuma məruz qalıb. Azerisport.az xəbər verir ki, naməlum şəxslər federasiyanın Ankaradakı baş ofisinin yerləşdiyi binaya gecə saatlarında hücum edib.
Həmiş şəxslər binanı güllə atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Ankara Polis İdarəsi araşdırmalara başlayıb. Hadisinin səbəbləri və hücumda iştirak edənlərin kimliyi barədə məlumat verilmir.
