21 may 2012 16:27
Sabah final oyunu keçiriləcək
Mayın 22-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında IV respublika çempionatının final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatın qalibi adı uğrunda həlledici oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası ilə qarşılaşacaq.
Oyun saat 16:00-da başlayacaq.
