21 may 2012 17:37
Berti Foqtsun nəzərinə: Şimali İrlandiya yığması yenilənir
Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Maykl O`Nil qarşıdan gələn Hollandiya ilə yoxlama oyununa 24 futbolçu dəvət edib.
Onun çağırdığı heyətdə 3 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi, 7 hücumçu var. Bütövlükdə isə irlandların heyətində çoxlu yeniliklər diqqət çəkir.
Belə ki, son altı ildə ilk dəfə Roy Keroll milliyə dəvət alıb. Hazırda “Olympiakos”da çıxış edən sabiq “Manchester United”li qapıçı ilə yanaşı iki gənc qapıçı heyətə daxil edilib.
Heyətə nəzər saldıqda əksər futbolçuların gənclərdən ibarət olduğu və cəmi bir neçə dəfə millidə çıxış etdiyinin şahidi oluruq. Eyni zamanda Maykl O`Nil ilk dəfə 4 futbolçuya hollandlarla görüşdə debüt imkanı yarada bilər. Bunlar “Burnley” klubundan Daniel Lafferti, “Coventry City”dən Ceyms Makpeyk, eləcə də Uilyam Qriq (Walsall) və Rori Donnellidi (Swansea City).
Maraqlıdı ki, heyətdə Şimali İrlandiya birinciliyində çıxış edən yalnız bir futbolçu düşüb ki, o da “Crusaders”dən Kolin Koutsdu. Qalanlar hamısı əsasən İngiltərə və Şotlandiya çempionatlarında çıxış edən legionerlərdi.
Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupdadı. Bu komanda iyunun 2-də Hollandiya ilə sınaq matçında qüvvəsini sınayacaq.
|
Futbolçu
|
Klubu
|
Təvəllüdü
|
Mövqeyi
|
Millidə oyun sayı
|
Qol
|
|
Li Kemp
|
Nottingham Forest, İngiltərə
|
22.08.84
|
Q
|
7
|
|
|
Alan Mannus
|
St. Johnstone, Şotlandiya
|
19.05.82
|
Q
|
4
|
|
|
Roy Kerroll
|
Olympiakos, Yunanıstan
|
30.09.77
|
Q
|
19
|
|
|
Maykl Dauff
|
Burnley, İngiltərə
|
11.01.78
|
M
|
23
|
|
|
Rayan Makqivern
|
Manchester City, İngiltərə
|
08.01.90
|
M
|
15
|
|
|
Li Hodson
|
Watford, İngiltərə
|
02.10.91
|
M
|
7
|
|
|
Kolin Kouts
|
Crusaders
|
26.10.85
|
M
|
6
|
|
|
Rori Makardl
|
Aberdeen, Şotlandiya
|
01.05.87
|
M
|
4
|
|
|
Daniel Lafferti
|
Burnley, İngiltərə
|
18.05.89
|
M
|
-
|
|
|
Ceyms Makpeyk
|
Coventry City, İngiltərə
|
24.06.84
|
M
|
-
|
|
|
Semmi Klinqan
|
Coventry City, İngiltərə
|
13.01.84
|
Y/m
|
32
|
|
|
Qrant Makkan
|
Peterborough United, İngiltərə
|
15.04.80
|
Y/m
|
38
|
4
|
|
Korri Evans
|
Hull City, İngiltərə
|
30.07.90
|
Y/m
|
16
|
1
|
|
Şeyn Ferquson
|
Newcastle United, İngiltərə
|
12.07.91
|
Y/m
|
2
|
|
|
Ceff Huges
|
Notts County, İngiltərə
|
29.05.85
|
Y/m
|
2
|
|
|
Oliver Norvud
|
Manchester United, İngiltərə
|
12.04.91
|
Y/m
|
5
|
|
|
Pat Makkurt
|
Celtic, Şotlandiya
|
16.12.83
|
Y/m
|
10
|
2
|
|
Devid Hili
|
Rangers, Şotlandiya
|
05.08.79
|
H
|
92
|
35
|
|
Coş Makkuoyd
|
Millwall, İngiltərə
|
15.12.89
|
H
|
5
|
|
|
Neyl Makcin
|
Celtic, Şotlandiya
|
20.07.87
|
H
|
17
|
|
|
Coş Karson
|
Ipswich Town, İngiltərə
|
03.06.93
|
H
|
2
|
|
|
Endryu Littl
|
Rangers, Şotlandiya
|
12.05.89
|
H
|
7
|
|
|
Uilyam Qriq
|
Walsall, İngiltərə
|
03.07.91
|
H
|
-
|
|
|
Rori Donnelli
|
Swansea City, İngiltərə
|
18.02.92
|
H
|
-
|
