21 may 2012 17:55
Ramin Musayev: Bu, klublarımızın avrokuboklardakı şanslarını artırır
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan klublarının avrokuboklardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Əlbəttə, “İnter”, “Bakı” və “Xəzər Lənkəran”ın səpələnmişlər arasında olması klublarımızın növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını artırır. Amma buna baxmayaraq, “Neftçi” də daxil olmaqla bütün klublarımızın bu yay futbol azarkeşlərimizi sevindirməsini istərdim. Bu uğuru ən azı iki klubumuzdan gözləyirəm”.