21 may 2012 18:42
Alim Qurbanov: Hər şeyə klub rəhbərliyi ilə görüş aydınlıq gətirəcək
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov karyerasını bitirmək istəyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu günlərdə klub rəhbərliyi ilə görüşməliyəm. Hər şeyə o görüşdə aydınlıq gələcək. Mən daha bir il oynamaq istəyirəm. Amma mümkündü ki, karyeramı elə indi başa vurum. Klubun prezidenti Mais Mənsimov hələ bir neçə ay öncə mənə demişdi ki, səni məşqçilər korpusunda görmək istəyirəm. Lakin hələ necə olacağı bilinmir”.
