21 may 2012 19:05

İnterdə mövsümün ən faydalı oyunçusu müəyyənləşdi

Başa çatmış Premyer Liqada “İnter”in heyətində ən çox məhsuldar ötürmə vermiş futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanın ən yaxşı assistenti aktivinə 5 qol ötürməsi yaza bilmiş bolqar yarımmüdafiəçisi Petar Zlatinovdu.
 
O, 4 dəfə son dəqiq ötürmə ilə yadda qalıb və 1 dəfə “İnter” üçün reallaşdırılmış penalti qazanıb. Maraqlıdı ki, P.Zlatinov ötürmələrdən 3-ü künc zərbəsindən reallaşdırıb.
 
Daha 4 məhsuldar ötürməni aktivinə Asif Məmmədov yazıb. O, 3 dəfə son dəqiq ötürmə ilə fərqlənib və 1 dəfə “İnter” üçün reallaşdırılmış penalti qazanıb.
 
3 dəqiq ötürmə ilə Nizami Hacıyev, Baçana Tsxadadze, İlia Kandelaki və Girt Karlson fərqlənib. Məhsuldar ötürmə ilə 1 dəfə Asif Mirili, Elnur Abdulov, Enyo Krastovçev, Valeri Abramidze, Vladimir Levin, Samir Zərgərov və Bronislav Çervenka da yadda qalıb.
 
Qol+ötürmə sistemi üzrə ən yaxşı göstərici 10 balla Baçana Tsxadadzeyə məxsusdu (7 qol+3 ötürmə). İkinci yeri 8 balla Nizami Hacıyev (5+3) tutur. Sonra 5 balla İlia Kandelaki (2+3), Petar Zlatinov (0+5), 4 balla Asif Mamedov (0+4), 3 balla Samir Zərgərov (2+1), Vladimir Levin (2+1), İbrahima Niasse (3+0) və Girt Karlson (0+3) gəlir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.