21 may 2012 19:24
PFL Premyer Liqanın formatını dəyişməyəcək
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının formatını 2012/13 mövsümündə də dəyişməyəcək. Bu barədə azerisport.az saytına müsahibəsində Ramin Musayev məlumat verib.
“Premyer Liqanın hazırkı formatı özünü tamamilə doğruldub. Artıq üçüncü belə mövsümü geridə qoyduq. Hətta bizim qonşu ölkələr də bu reqlamenti bəyənirlər. Bu üzdən də hazırkı reqlamenti dəyişməyə ehtiyac duymuruq. Növbəti mövsümdə də çempionat 12 komandadan ibarət altılıq sistemi ilə keçiriləcək”.
