21 may 2012 12:05
Bakı yunanıstanlı forvard alır (FOTO)
Azərbaycan kubokunun qalibi “Bakı” yunan hücumçu transfer edir. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “zolaqlılar” Leonidas Kivelidisi heyətinə qatmağa hazırlaşır. O, başa çatan mövsümdə Yunanıstan Superliqasının ən zəif komandası olan “Doxa Dramas”da çıxış edib. Lakin bu komanda 30 oyuna cəmi 17 xal topladığından artıq elitanı tərk edib. Bu üzdən də Kivelidis də özünə yeni iş yeri axtarır ki, “Bakı”nın təklifi də bu baxımdan onun üçün əla variant kimi dəyərləndirilir. “Doxa Dramas” yeni müqavilə təklif etsə də, Leonidas bundan imtina edib və bildirib ki, komandadan gedəcək.
Qeyd edək ki, hücumçunun 26 yaşı var. O, geridə qalan mövsümdə rəqib qapılarına 4 dəfə yol tapa bilib.
