21 may 2012 12:44
Ruslan Əmircanov: Yapon dilində bəzi sözləri də öyrənmişəm
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Yaponiya ilə yoxlama oyunu öncəsi maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaponiya ilə oynayacağımızı eşidən kimi internetə girib bəzi yapon sözlərini öyrənməyə başladım. Artıq bəzi yapon sözlərini bilirəm. Məsələn, yaponca salamlaşmağı, sağollaşmağı, təşəkkür etməyi bacarıram”.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu mayın 23-də Şizuoka şəhərində oyunu keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
