22 may 2012 12:59
Xəzər Lənkəranın futbolçusu 4 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrə nəticəsində bir sıra diqqət çəkən qərarlar çıxarılıb. Belə ki, hakimləri və bir-birini təhqir edən futbolçulara sərt cəzalar kəsilib.
15 may 2012-ci il tarixdə U-17 Liqanın “İnter” – “Neftçi” matçının 74-cü dəqiqəsində “İnter”in futbolçusu Qurbanəli Əliyevlə Adil Nağıyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb.
16 may 2012-ci il tarixdə U-16 Liqasının “Xəzər Lənkəran” – “Bakı” matçının 70-ci dəqiqəsində “Bakı”nın futbolçusu Şahvələd Məhərrəmov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın futbolçusu Anar Bağırzadə hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.
16 may 2012-ci il tarixdə U-16 Liqasının “Turan” – “Neftçi” matçının 56-cı dəqiqəsində “Turan”ın futbolçusu Emin Mirzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
