22 may 2012 13:06
Kubokun final matçına görə Neftçi və Bakıya sərt cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda 17 may 2012-ci il tarixdə keçirilən Azərbaycan Kubokunun finalının “Neftçi” – “Bakı” matçında baş verən olaylar da müzakirə olunub.
Matçın 8-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Matçın 9-cu dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Denis Silva Kruz kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Matçın 82-ci dəqiqəsində “Bakı”nın nümayəndəsi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
