22 may 2012 01:14

3 baş məşqçi və 9-cu yer

2005-ci ilin yayında əsası qoyulan “Simurq” Peşakar Futbol Klubu bu mövsüm 6-cı dəfə Premyer Liqada çıxış edirdi. Azerisport.az xəbər verir ki, mövsümə iddialı başlayan Zaqatala təmsilçisinin qarşısına yeni təyin olunmuş klub rəhbərliyi turnir cədvəlində ilk “altılığ”a düşmək tapşırığını qoymuşdu.
 
Komandanın başına isə Sergey Yuran kimi təcrübəli mütəxəssis gətirilmişdi. Lakin, hər şey gözlənilən kimi davam etmədi. İkinci dövrədə uğursuz oyunlar seriyasından sonra rusiyalı mütəxəssiz istefaya göndərildi və onun yerinə Georgi Çixradze dəvət olundu. Gürcü məşqçi komandanın təhlükəli zonadan uzaqlaşmasında böyük pay sahibi oldu və “Simurq” 2011/12 mövsümünü 9-cu pillədə başa vurdu.
 
Sergey Yuran – İqor Qetman – Georgi Çixradze
 
Sergey Yuran “Simurq”un tarixində Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora və Çokiça Hadziyevskidən sonra komandaya təyin olunmuş 5-ci baş məşqçi idi. O, həmçinin Azərbaycan Premyer Liqasında çalışan ilk rus mütəxəssis kimi də tarixə düşdü.
 
Sergey Yuranın başçılığı altında “Simurq” 22 Premyer Liqa oyununda və 1 kubok matçında meydana çıxdı. Azərbaycan kubokuna 1/8 final mərhələsində qoşulan komanda “Neftçi”yə 1:0 hesabı ilə məğlub olaraq yarışdan kənar qaldı. 22 Premyer Liqa matçının 5-də qələbə qazanan “Simurq”, 4-də heç-heçə, 11-də isə meydandan məğlubiyyətlə ayrıldı. Bu oyunlarda 18 qol vuran “sarı-qaralar”, 31 dəfə isə topu qapısından çıxarmalı oldu.
 
Ardıcıl 5 məğlubiyyətdən sonra Sergey Yuran istefaya göndərildi və Zaqatala təmsilçisi müvəqqəti olaraq köməkçi məşqçi İqor Qetmana tapşırıldı. Onun rəhbərliyi ilə komanda cəmi 2 oyunda meydana çıxdı. Səfərdə “Qarabağ”ı məğlub edə bilməyən “Simurq” ikinçi “altılıq”da mübarizəyə başladı və evdə final mərhələsinin birinçi qarşılaşmasında “Kəpəz”lə 1:1 hesablı heç-heçə edərək 2012-ci ildə ilk xalını qazandı.
 
Təhlükəli zonaya yaxınlaşan “Simurq”a yeni baş məşqçi – Georgi Çixradze təyin olundu. Buna qədər Bakının “İnter” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən gürcü mütəxəssisin rəhbərliyi altında komanda 9 oyunda rəqibləri ilə mübarizə apardı və bu qarşılaşmaların yalnız birində - AZAL-a məğlub oldu. Qalan səkkiz oyunda “sarı-qaralar” 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xal əlavə edərək çempionatı 9-cu yerdə başa vurdu. Çixradzenin rəhbərliyi altında “Simurq” 8 qol vurub, 6 dəfə isə qapısından top buraxıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.