22 may 2012 13:48
AFFA iki kluba texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrə nəticəsində iki kluba texniki məğlubiyyət verilib.
Belə ki, 8 may 2012-ci il tarixdə U-17 Liqanın “Şahdağ” – “Simurq” matçında qonaq komanda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
16 may 2012-ci il tarixdə U-16 Liqasının “İnter” – “Vətən” matçında “Vətən” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
