22 may 2012 14:32
Mübariz Mənsimov Türkiyə klubunun idarə heyətində!
“Palmali” Şirkətlər Qurupunun sahibi, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə klubunda yeni vəzifəyə seçilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı “Kasımpaşa” klubunun İdarə Heyətinin üzvü olub.
“Milliyət” qəzetinin xəbərinə görə ki, Zafer Yıldırım klubun prezidenti, Hasan Hilmi Öksüz prezidentin vəkili, Can Kaymak genel müdir, Turqay Ciner İdarə Heyətinin sədri, Mübariz Mənsimov, Ahmet Misbah Demircan, İhsan Kalkavan, Mehmet Turqut Yılmaz və Mehmet Fatih Saraç İdarə Heyətinin üzvləri seçilib.
