22 may 2012 14:53
“Gələcək karyeramla bağlı suallara Azərbaycanla oyundan sonra aydınlıq gətirəcəm”
Futbol üzrə Yaponiya yığmasının yarımmüdafiəçisi Şinzi Kaqava sabah keçiriləcək Azərbaycanla yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“DÇ-2014-ün seçmə mərhələsi ərəfəsində bizi Azərbaycanla görüş gözləyir. Buna görə mümkün qədər yaxşı oyunla nəticə qazanmaq lazımdı. Düzdü, sınaq matçları rəsmi oyunlarla eyni statusa malik deyil. Lakin biz istənilən halda uğur qazanmağa köklənmişik. Rəqibimiz FİFA reytinqində 109-cu yerdə gedir. Bu, bizim üçün yaxşıdı. Çünki hazırda milliyə çox da güclü rəqib lazım deyil. DÇ-2014-ün seçmə oyunlarına daha yaxşı hazırlaşmaq üçün bu rəqiblə görüş bizə çox kömək edəcək”.

Almaniyanın “Borussia” (Dortmund) klubunun şərəfini qoruyan yaponiyalı futbolçu gələcək karyerası ilə də bağlı fikirlərini açıqlayıb: “Mən yalnız “Manchester United”dən təklif almamışam. Eyni zamanda Çempionlar Liqasının qalibi “Chelsea” də təklif ünvanlayıb. Lakin mən hazırda yalnız yığma komandanı düşünürəm. Karyeramı hansı klubda davam etdirəcəyim barədə suallara yığmanın bu oyunundan sonra aydınlıq gələcək”.