22 may 2012 15:00
Neftçi 6 futbolçuya qapını göstərdi
Son Azərbaycan çempionu “Neftçi” altı futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitəcək futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilib.
"Neftçi" rəhbərliyi adları çəkilən futbolçulara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
