22 may 2012 15:24
PFL yeni mövsüm üçün transfer dövrlərini açıqladı
Növbəti mövsüm üçün Premyer Liqada transfer dövrləri açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2012/13 mövsümünün yay transfer dövrü 9 iyun - 31 avqust 2012-ci il tarixlərini, qış transfer dövrü isə 12 yanvar - 8 fevral 2013-cü il tarixlərini əhatə edəcək. Klublar heyətlərinə cəlb etdikləri futbolçuları yuxarıda qeyd olunan tarixlərdə Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
