22 may 2012 15:45
Yaponiyanın Azərbaycanla oyun üçün start heyəti müəyyənləşdi
Futbol üzrə Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni Azərbaycan millisiylə keçirəcəkləri yoxlama matçına start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Yaponiya mətbuatı italiyalı mütəxəssisin millimizlə qarşılaşmada 4-5-1 taktikasından yararlanacağını vurğulayır.
O, start heyətində aşağıdakı futbolçulara şans verəcək: Eydzi Kavasima – Açudo Uçida, Yuto Naqatomo, Yuiçi Komano, Xiroki Sakai – Makoto Hasebe, Hacime Hosoqay, Keysuke Honda, Şinzi Okazaki, Takayuki Morimoto – Şinzi Kaqava.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu sabah – mayın 23-də Şizuokedəki “Ekopa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
